Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Qurultayın keçiriləcəyi məkan hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib.
Qaynar xətt:
(055) 224 12 12