Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, seçki konfransı sentyabrın 11-də keçiriləcək.
Məlumata görə, hələlik yalnız AKİ-nin sədr səlahiyyətlərini müvəqqəti icra edən, ittifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi məlumdur.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini, sədrliyə namizədliyini geri çəkdiyini bildirib.
"Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu kinorejissor Əli İsa Cabbarov bildirib.
O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib.
Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.
"Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər", - o əlavə edib.