Bakıda intihara cəhd olub.
Oxu.Az xəbər verir ki, bu barədə virtualaz.org saytına Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Elvin Mehdiyev özünü “Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib.
O, üstünə benzin tökərək özünə od vurmaq istəsə də yaxınlıqdakı insanlar buna imkan verməyib.
Bəzi məlumatlara görə, E.Mehdiyevin xeyli borcu olub və pulları qaytara bilmədiyi üçün bu üsula əl atıb.
Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, iş üzrə materiallar ərazi üzrə Səbail RPİ-yə verilib.
Məsələ ilə bağlı Nikoyl Bankın yaydığı açıqlamada qeyd olunur ki, bu gün bir sıra Kütləvi informasiya vasitələrində “Kişi özünü Bankın qarşısında yandırmağa cəhd etdi” başlığı altında yazı dərc edilib.
“Nəzərinizə çatdırmaq istəyirik ki, adı çəkilən müştəri bankımızın müştərisidir və bank tərəfindən həmin müştəriyə dəfələrlə güzəştlər edilib. Müştəri məlumatlarının məxfiliyini qoruduğumuz üçün əlavə məlumat təqdim edə bilmərik.
Onuda qeyd etmək istəyirik ki, müştəri üzərinə yanacaq tökmək faktı qeydə alınmayıb, sadəcə belə bir niyyəti olduğunu Bizə bildirib. Onuda qeyd etmək istəyirik ki, bu insident manatın devalvasiyası ilə heç bir əlaqəsi yoxdur”, - deyə, bankdan bildiriblər.
E.Ə.
www.oxu.az