Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kişilərin diqqətinə: Atalıq məzuniyyətində ödəniş necə veriləcək?
Ölkədə atalıq məzuniyyəti verilsə də, analıq məzuniyyətində olduğu kimi buna görə ödəniş nəzərdə tutulmur. BMT isə kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını tövsiyə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, hazırda bu proses ödənişsiz olduğu üçün təcrübədə heç bir kişi atalıq məzuniyyətinə görə müraciət etmir, çünki bu ailə büdcəsinə əlavə təzyiq yaradır.
Bəs ödənişli atalıq məzuniyyətinin verilməsi mexanizmi necə olacaq?
Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, ödənişli atalıq məzuniyyəti zamanı ödəniş iş yerindən veriləcək.
Ekspertlər isə hesab edirlər ki, bu neqativ hallara səbəb olacaq.
“Qadınlara doğuşa görə məzuniyyətə gedərkən bu vəsait Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Əgər kişilər üçün bu, işəgötürənin vəsaiti hesabına ödəniləcəksə, problemlər ortaya çıxa, bu da öz növbəsində ayrı-seçkiliyə səbəb ola bilər”, - deyə hüquqşünas Sahib Məmmədov qeyd edib.
Ekspert hesab edir ki, əksər xarici ölkələrin təcrübəsinə uyğun olaraq ödənişli atalıq məzuniyyətinə görə məbləği Dövlət Sosial Müdafiə Fondu verməli və ya bunun üçün əlavə fond yaradılmalıdır.
Daha ətraflı Baku TV-nin süjetində:
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
Rəylər