Odessa vilayət prokurorunun müavini, azərbaycanlı Gündüz Məmmədov yaxın günlərdə regional prokurorluğa başçılıq edə bilər.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, onun təyinatını bir neçə nəhəng Odessa biznesmeni, əsasən də rəğbət sahibi olmayan Vladimir Qalanterik lobbiləşdirir.
Hazırki mer Truxanov məhz Qalanterikin adamıdır. İ.Qalanteriki və Truxanovu Ukrayna ictimaiyyəti Rusiya biznesi ilə əlaqələndirir. Xüsusilə də Truxanov uzun müddət Rusiyanın “LUKOIL” şirkətinin Ukraynadakı nümayəndəsi olub.
Əslən azərbaycanlı olan Gündüz Məmmədov Odessa prokurorluğu strukturunda yeni adam deyil. 1996-cı ildə Meçnikov adına Odessa Milli Universiteti bitirdikdən sonra o, Primorsk rayon prokurorluğunda prokuror köməkçisi vəzifəsində işləməyə başlayıb. 2014-cü ilin iyulundan 2015-ci ilin sonuna qədər Odessa prokuroru olub, daha sonra Sakvarelidzenin müavini təyin edilib.
Vilayətin potensial prokurorunun, energetika biznesi ilə məşğul olan nüfuzlu qohumları var. Atası Aydın Məmmədov Rusiyanın neft korporasiyası “LUKOIL”-un filialı olan “LUKOIL-Ukrayna” müəssisəsinin baş direktoru olub.
Məmmədovun “LUKOIL” şirkətinin prezidenti və daha nüfuzlu sahiblərindən biri olan azərbaycanlı Vahid Ələkbərov və Rusiyanın Yanacaq və Energetika Nazirliyinin kollegiyasının üzvləri ilə sıx əlaqədə olduğunu deyirlər. 2015-ci ildə o, “Forbes” jurnalının reytinqində Rusiyanın ən zəngin sakinləri arasında 6-cı yeri tutub.
Gündüz Məmmədovun kiçik qardaşı – Elçin, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinə başçılıq edib. Elçin Məmmədov Odessa siyasətçiləri ilə əlaqə saxladığı ilk il deyil. Aleksey Kostusevin mer olduğu dövrdə, o, Odessanın mərkəzində Sofiyevski 1 küçəsində SOCAR-ın yanacaqdoldurma məntəqəsinin tikilməsinə nail olub.
Nəticədə bu gün rusiyayönümlü qüvvələr neft prokurorunu Odessa regional idarəyə rəhbər olmasını lobbiləşdirirlər.