Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən beşbloku olan yaşayış binasının sakinləri binadakı təhlükəli vəziyyətdən şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, sakinlər binanın birinci mərtəbəsində yerləşən kafenin kondisionerlərinin köhnə və naqillərinin açıq vəziyyətdə olmadığını, həmçinin fövqəladə hal baş verdikdə insanlar üçün təxliyə qapısının yoxluğunu bildiriblər.
"Köhnə kondisionerlər, üstüaçıq naqillər həyatımız üçün təhlükə mənbəyidir. Beşbloklu binada həyətdən çıxış üçün yalnız bir yer var. Hər hansı bir hadisə zamanı bloklara lazımi nəqliyyat vasitələrinin yaxınlaşması üçün şərait yoxdur.
Habelə, beşinci blokda lift də təhlükəli vəziyyətdədir", - sakinlər vurğulayıblar.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Aygün Mirakif