Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kolleclərə yeni təyinatlar olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Mirvari Ağayeva 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb. O, 2015-2021-ci illərdə Ağdaş Dövlət Humanitar Kollecində müəllim, 2021-ci ildən təcrübə rəhbəri vəzifəsində çalışıb, 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib. M.Ağayeva çalışdığı dövrdə səmərəli fəaliyyətinə görə Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.
Ülviyyə Nəzərova 2002-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda Tarix müəllimi ixtisası üzrə ali təhsil alıb. O, 2006-2023-cü illərdə Oğuz rayonunun Baş Daşağıl kənd tam orta məktəbində müəllim, 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb. Ü.Nəzərova 2023-cü ildə ADA Universiteti tərəfindən təşkil olunan "Bir müəllimin manifesti" ixtisasartırma proqramının iştirakçısı olub və proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında təcrübə keçib.
"Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda vəzifəli şəxslərə ŞİDDƏTLİ TÖHMƏT VERİLDİ
- Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısına dəyişiklik edilib
- Azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda pulsuz təhsil alacaqlar
- Dövlət agentliyinin sədrindən yüksək vəzifələrə YENİ TƏYİNATLAR
- Bu il üçün 1 000-dən çox tələbə köçürülməsi olub
Rəylər