Gəncədə “Dövlət-Din Münasibətləri və maarifləndirmə işi” mövzusunda bu gün regional konfrnas işə başlayıb.
Oxu.Az SalamNews-a istinadən verdiyi xəbərə görə, konfransda çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib ki, Gəncənin bir əhəmiyyəti Peyğəmbərin (s) Əhli-Beytinə sevgi İmamzadənin burada olmasıdır:
“Azərbaycanda məzhəbindən asılı olmayaraq hər zaman Əhli-Beytə sevgi olub. Bakıda Bibiheybətdə ulu öndər Heydər Əliyev ziyarətgahın təmirini həyata keçirməklə bunun əsasını qoydu və indi Prezident İlham Əliyev bu yolu davam etdirir, Gəncədəki İmamzadə kompleksi yenidən qurulur”.