Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Komitə sədri: "Fransada bir ildə 676 antisemitizim, 188 islamofob aksiya keçirlib"
"BMT-nin İnsan hüquqları Şurasına üzvlükdən imtina edən Amerika Birləşmiş Ştatlarında, Donald Trampın son çıxışına əsaslansaq, cinayətkar kartellər daxili savaş aparır, həbsxanalarda məhbusların sayına görə ölkə dünyada 1-ci yerdədir və hər ay yüz min qeyri-leqal miqrantın axını səbəbilə sərhəddə fövqəladə vəziyyət elan olunub".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, demokratiyadan dəm vuran Fransada 2023-cü ildə 676 antisemitizm, 188 islamofob aksiya keçirilib.
"Ermənistanda insan haqlarına gəldikdə isə, erməni müvəkkil 2024-cü il üzrə hesabatında çoxsaylı hədə-qorxu, təzyiq, gender və etnik zəmində nifrət nitqi, çoxsaylı təhdidləri qeyd edib", - Z.Oruc əlavə edib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib