Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayıb.
Məhkəmədən verilən məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:
1. Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;
2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;
3. Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq, onlayn şəkildə məhkəməyə müraciət edə, həmçinin, ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.