Metronun “Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən şəxs xilas edilib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən Zamiq İbrahimola apardığı danışıqlar öz nəticəsini verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və Bakıda müvəqqəti yaşayan Zamiq İbrahimov xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
21:10
Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq özünü atmaqla hədələyir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, körpüdən özünü atmaq istəyən şəxs Bakı sakini Zamiq İbrahimovdur.
Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub.
Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.
Qeyd edək ki, bu Zamiq İbrahimovun intihara ikinci cəhdidir. O, noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq intihara cəhd edib. Lakin hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb. FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.
20:57
Bakıda bir nəfər intihar etmək məqsədilə metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə qalxıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu dəqiqələrdə 30-35 yaşlı kişi körpüyə qalxaraq intihar etmək istədiyini bildirir.
Hələ hadisə yerində müvafiq qurumların nümayəndələri yoxdur.
Hazırda yaxınlıqdakı insanlar həmin şəxsi intihar etmək fikrindən daşındırmağa çalışırlar.
Artıq nəqliyyatın hərətində sıxlıq müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, bununla bağlı çağırış daxil olub və xilasedicilər hadisə yerinə yollanıblar.