Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Koronavirusa yoluxub sağalmış insanlar daha tez-tez xəstələnirlər - TƏDQİQAT
COVID-19-a yoluxub sağalmış insanlar daha tez-tez və daha uzun müddətə xəstələnirlər.
Oxu.Az Vokrugsveta.ru-ya istinadla xəbər verir ki, ABŞ-ın Sent-Luis Universitetinin alimləri 800 mindən çox insanın tibbi məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər.
Tədqiqatlar göstərib ki, koronavirusa yoluxmuş şəxslərin digər infeksiyalara yoluxma riski 20-50% artır.
Koronavirusa yoluxmadan sonrakı bir il ərzində insanlar daha çox bakterial infeksiyalar, göbələk mənşəli xəstəliklər, tənəffüs yolu infeksiyaları və ağciyərlərlə bağlı kəskin problemlərlə üzləşiblər.
Eyni zamanda, koronavirusun yüngül forması belə orqanizmdə "iz" buraxır: immun sistemi xarici təhdidlərə qarşı daha zəif olur.
"COVID-19" teqi üzrə xəbərlər
- Asiyada yeni COVID-19 dalğası yayılır
- Məcnun Məmmədov koronavirusa yoluxdu
- Çindən dünyaya səs salacaq sənəd: COVID-19-un ilk izi ABŞ-də tapılıb
- COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb