Oktyabrın 10-u saat 18:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda saniyədə 28, Tərtər, Goranboyda 27, Göyçay, Ağdamda 24, Mingəçevir, Bakıda və Abşeron yarımadasında 21, Şəki, Ağdamda 20, İsmayıllı, Zərdab, Bərdədə 18, Sabirabad, Şahdağda 17, Gədəbəy, Gəncədə 16, Kəlbəcərdə 15 metrədək güclənir.
Quba, Qusar, Şabranda isə arabir yağış yağır.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Oktyabrın 10-da saat 9:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) iki, Qax və Balakəndə biri mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/san-dək güclənir.
Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.