Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Külli miqdarda dələduzluqda ittiham olunan Orxan Babazadəyə hökm oxundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan "İnstapower" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib.
Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.
Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən şəxsin cinayət işi geri qaytarılıb
- Bankın yarım milyon manatını mənimsəyənlərə ağır cəza tələb edildi
- Rüşvət alan sabiq vəzifəli şəxs həbsdən buraxıldı
- Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası azaldılıb
- Bakıda aktyoru və arvadını öldürməkdə təqsirləndirilən şəxs: "Bıçaq İosifin boğazını kəsdi"