Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı
Rusiya və Ukrayna arasında "150-150" qaydası əsasında əsir mübadiləsi baş tutub.
Oxu.Az-ın "UNİAN" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisindən məlumat verilib.
"Bəziləri 2 ildən artıqdır ki, əsirlikdədir. Bu gün onlar və ailələri üçün illərlə gözləməkdən daha əhəmiyyətli bir gündür. Onları evdə, sağ-salamat, ailələrinin yanlarında görmək əsl xoşbəxtlikdir", - deyə Zelenski bildirib.
Həmçinin Zelenskinin Ofisindən verilən məlumata görə, geri qayıdanlar əsgərlər, serjantlar və zabitlərdir, eyni zamanda Mariupolda və Zaporojye vilayətində əsir düşmüş Hərbi-Dəniz Qüvvələri və Hərbi-Hava Qüvvələrinin müdafiəçiləri, hava hücumu və quru qoşunlarının hərbçiləri, milli qvardiyaçılar, sərhədçilər, ərazi müdafiə qüvvələri, eləcə də polislərdir.
Rusiya "Telegram" kanallarında da artıq bununla bağlı xəbərlər və fotolar paylaşılıb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı
- Lavrov: "Rusiya NATO hərbçilərinin Ukraynada olmasını qəbul etməyəcək"
- Ukrayna ABŞ-nin atəşkəs təklifini qəbul edib
- Siyarto: "Ukraynanın dron hücumu Macarıstanın suverenliyinə hücumdur"