Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanunlar imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "24tv.ua" nəşri Ukrayna Ali Radasının saytında dərc olunmuş "4220-IX" və "4221-IX" nömrəli qanun layihələrinə istinadən məlumat verib.
Məlumata görə, Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasına qərar verib. Beləliklə də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il fevralın 8-dən 2025-ci il mayın 9-dək davam edəcək.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- ABŞ Zelenskinin potensial varisləri kimi kimləri görür?
- Rubio Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələrinin görüşü barədə: "Zelenski olmayacaq"
- Zelenski Trampdan üzr istəyib? - ABŞ prezidentinin xüsusi elçisindən AÇIQLAMA
- Zelenski Səudiyyə Ərəbistanına getdi
- "Sanksiyalar cəhənnəmi": Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək
Ən çox oxunanlar