Kür çayının Tovuz rayonundan keçən hissəsində batan iki nəfərin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti ilə birgə dalğıc-axtarış qrupu tərəfindən batdıqları yerdən təxminən 20 kilometr aralıda tapılaraq sudan çıxarılıb.
Hər ikisinin nəşi aidiyyəti üzrə təhvil verilib.
İlhamə Əbülfət
16 iyun, 10:17
Kür çayının Tovuz rayonundan keçən hissəsində batan iki nəfərin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, onlar 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğludur.
15 iyun, 19:19
Kür çayının Tovuz rayonundan keçən hissəsində iki nəfər batıb.
Report-un məlumatına görə, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində iki nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatı araşdırılır.