Kürdəmirdə əməliyyat olunduqdan sonra xəstəxanada ölən 43 Saray Eminovanın həyat yoldaşı danışıb.
Mərhumun həyat yoldaşı Cəlil Eminov bildirib ki, S.Eminovanı həkimə apardığı zaman ondan analiz tələb ediblər:
“Analizlərin hamısını verdik. Dedilər ki, Bakıya getməlidir, onuda etdik. Bakıdan cavab gəldi ki, yaxşıdır. Sonra deyildi ki, qanı azdır iki paket qan almalıyıq. Onuda aldım gətirdim. Daha sonra yoxlayıb bildirdilər ki, hər şey qaydasındadır, arxayn ol. Əməliyyat olunandan sonra həkim mənə hər şeyin yaxşı olduğunu dedi. Sonra mən öz işlərimin dalınca getdim. Bir müddət keçdikdən sonra bacım oğlu zəng vuraraq Sarayın ürəyinin getdiyini bildirdi. Mən həkimə zəng etdikdən sonra həkim Saraya baxmaq üçün xəstəxanaya gəldi. Eşitdiyimə görə, axşam tibb bacısına Sarayın ağzından qan gəldiyini, həkimi çağırmalı olduğu deyilib. Lakin, tibb bacısı “hər şeyə görə həkimi narahat etməzlər” deyib”.
Daha ətraflı Baku TV-nin süjetində:
10:40
Kürdəmirdə 43 yaşlı qadın xəstəxanada ölüb.
Bu barədə Kürdəmir Rayon Prokurorluğu məlumat yayıb.
Belə ki, dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub. Göstərilən tibbi yardıma baxmayaraq, S.Eminova vəfat edib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma davam edir.