Kürdəmir rayonunun Şıxımlı kəndində bədbəxt hadisə baş verib.
Baku TV-nin məlumatına görə, hadisə sentyabrın 29-da kənd ərazisində qeydə alınıb. Ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Vahid oğlu Hacalıyevi ildırım vurub.
Hadisə nəticəsində Zahir Hacalıyev həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.
Şıxımlı kənd sakini Baba Cəlalov bildirib ki, axşam saatlarında heyvanların sahədən geri qayıtdığını görüblər. Lakin çobanın, atın və itin olmadığını müəyyən etdikdən sonra ərazidə axtarış aparıblar. Nəticədə çobanın və iki qoyunun ildırım vurması nəticəsində öldüyünü görüblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.