Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Muradxan kəndində qeydə alınıb. Kənd sakini 2008 – cı il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.