Kürdəmirdə baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində baş verib.
Ağsu rayon sakini, 28 yaşı Cəfərov Səbuhi Mehman oğlu VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Hadisə zamanı avtomobildə olan sərnişinlərdən Ağsu rayon sakini, 56 yaşlı Cəfərova İrayə Cəfər qızı hadisə yerində ölüb. Digər sərnişinlər Ağsu rayon sakinləri - 34 yaşlı Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, 6 aylıq Qasımov Pünhan Mənsur oğlu və 6 yaşlı Qasımova Zəhra Mənsur qızı müxtəlif dərəcədə bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
13:44
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.