Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kürdəmirdə bir yaşlı uşaq müəmmalı şəkildə öldü
Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib.
Oxu.Az Publika.az-a istinadla xəbər verir ki, hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib.
2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb.
Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar