Kürdəmir rayonunun Qaramahmudlu kəndində ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kürdəmir rayonunun Qaramahmudlu kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin çardağının və ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.