Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Garıs Əyribənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “AzSamand” markalı avtomobil velosipedlə qarşısına çıxan həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ramil Mirələm oğlu Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirib, yoldan çıxaraq aşıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanlar rayonun Garıs Əyribənd kənd sakinləri - sürücü, 1971-ci il təvəllüdlü Sahib Bahadur oğlu Mirzəyev, 1975-ci il təvəllüdlü Eldəniz Ağayar oğlu Ağayarov və 2005-ci il təvəllüdlü Fatimə Sahib qızı Mirzəyevadır. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev