Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kürdəmirdə məktəblər qızılca xəstəliyinə görə bağlanıb? - AÇIQLAMA
Kürdəmirdə məktəblərdə şagirdlər arasında qızılca xəstəliyinə kütləvi yoluxma ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu səbəbdən bir neçə məktəbdə 1 həftəlik tətil elan edilib.
Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, ötən günlərdə sosial media hesablarında qurumun tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumat yayımlanıb:
“Bildiririk ki, qızılca xəstəliyinə yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb.
Sözügedən məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, doqquz şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoluxma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib və belə bir məlumat həqiqəti əks etdirmir”.
Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda qızılca xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə edilib.
"Kürdəmir" teqi üzrə xəbərlər
- Kürdəmirdə eyni ərazidə baş verən iki qəzada yeddi nəfər xəsarət alıb
- Hərbi şəhərcikdə ölüm: Hamamda halı pisləşdi...
- Sərxoş vəziyyətdə həyətə çıxıb söyüş söyən şəxs həbs olundu
- Sərt döngələrin olduğu, 10-dan çox qəzanın baş verdiyi yolla bağlı RƏSMİ AÇIQLAMA
- Həkimlər üç ay əvvəl yıxılan yeniyetməni düzgün müayinə etməyiblər - İDDİA