Kürdəmirdə bir ailənin 3 üzvünün uğradığı yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, “Mercedes” markalı minik maşını ilə hərəkətdə olan 21 yaşlı Taleh Şamil oğlu İbrahimov idarəetməni itirərək avtomobili aşırdıb.
Hadisə nəticəsində onun atası 52 yaşlı Şamil İbrahimov vəfat edib və 47 yaşlı anası Rəhilə İbrahimova isə xəsarət alıb.
Taleh İbrahimov Baku TV-yə açıqlaması zamanı bildirib ki, avtomobili yüksək sürətlə idarə edirmiş.
Ətraflı süjetdə:
16.10.2023, 21:01
Kürdəmirdə baş verən qəzada ölən və xəsarət alanların kimliyi bilinib.
“Report” xəbər verir ki, onlar bir ailənin üzvləri Ucar sakinləri ölən 52 yaşlı Şamil Sədiyar oğlu İbrahimov və xəsarət alan onun həyat yoldaşı 47 yaşlı Rəhilə Əsgər qızı İbrahimovadır.
16.10.2023, 19:40Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ər ölüb, həyat yoldaşı yaralanıb.
APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Kürdəmir rayonu ərazisində qeydə alınıb.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində ölən və yaralanan var.
Faktla bağlı araşdırma aparılır.