Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilib.
Oxu.Az-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, Həkəri çayının sahilində, açıq havada təşkil olunan konsertdə müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub.
İştirakçılara rəngarəng musiqi kompozisiyaları və maraqlı rəqs nümunələri nümayiş etdirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd edilir.
Laçın Şəhəri Günü çərçivəsində konsert proqramı təşkil edilib - FOTO - VİDEO
Qaynar xətt:
(055) 224 12 12