ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin NATO ilə münasibətlərdə gərginliyin artması və ya İran ətrafındakı vəziyyətlə bağlı Moskvaya səfər etməsinə dair iddiaları təkzib edib.
Oxu.Az TASS-a istinadən bildirir ki, Tramp bu barədə radioaparıcı Qlenn Bekə müsahibəsində sözügedən şayiələri şərh edərkən bildirib.
"Yuxarıda göstərilənlərin heç biri deyil", - deyə o qeyd edib.
Trampın sözlərinə görə, səfər qismən rutin xarakter daşıyıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl qeyd etdiyi kimi, Moskvada Retklifflə təmaslar xüsusi xidmət orqanları xətti ilə aparılıb. Peskov bildirib ki, Retkliffin Kremllə heç bir təması olmayıb. Onun sözlərinə görə, Retkliffin Rusiya xüsusi xidmət orqanları ilə təmaslarının Moskva və Vaşinqton arasındakı münasibətlərdə mövcud böhranın həllinə hər hansı təsirindən danışmaq hələ tezdir. Eyni zamanda Peskov vurğulayıb ki, xüsusi xidmət orqanları xətti ilə təmaslar özlüyündə "müsbət hal, müsbət proses"dir.