Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.
Bir neçə aydan sonra illərlə yurd həsrətində olan sakinlər öz el-obalarına qovuşacaqlar.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Bəylik kəndi üzrə nümayəndəsi Ramiz Həsənov bərpa və yenidənqurma işləri barədə danışarkən qeyd edib ki, artıq kənddə son tamamlanma işləri aparılır:
"Evlər fərdi qaydada istilik sistemi, eləcə də mətbəx mebeli ilə təchiz edilib. Fasad, həmçinin daxili bəzək işləri yekunlaşıb. Yaxın vaxtlarda asfalt örtüyünün salınmasına da başlanılacaq".
Kəndin bərpasını həyata keçirən işçilər də işğaldan azad olunmuş torpaqlarımızda çalışmaqdan şərəf hissi duyduqlarını söyləyiblər.
"Qürur hissi keçiririk ki, bir neçə aydan sonra Bəylik kəndinin sakinləri öz evlərinə qayıdacaqlar", - Qabil Quliyev deyib.
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Çarəsiz Avropa öz ordusunu yaradır: Qitənin səması türk PUA-ları ilə qorunacaq
- Bir həftədə 2 şagirdin faciəvi SONU: Günahkar KİMDİR?
- Xaqani küçəsində parklanma yerləri düzgün təşkil edilib?
- Naxçıvanın daha bir blokadası başa çatır
- "Məni bu sənət yıxılmağa qoymadı" - Munis Şərifov musiqiyə sevgisindən danışdı