Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib
Qazaxıstanın Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində "An-2" sanitar təyyarəsi sərt eniş edib.
Oxu.Az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
"Bu gün Kostanay-Arkalık reysi ilə uçan "An-2" tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib", - məlumatda qeyd olunub.
Təyyarədə iki pilot və iki həkim olub.
"Xilasedicilərin əlaqələndirilmiş və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan yoxdur. Hadisənin təfərrüatları araşdırılır", - qurumdan bildirilib.
"təyyarə" teqi üzrə xəbərlər
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
- Londondan Zelenskiyə dəstək gəldi: "Axıra qədər yanınızdayıq"
- Özbəkistandan Bakıya uçuşların sayı ARTIR
- Astanaya uçan təyyarə Türkiyədə təcili eniş etdi
- Malayziyada qadın kirayə pulu verməmək üçün işə təyyarə ilə gedib-gəlir