Batumidən qalxaraq Ordu-Giresun aeroportuna doğru hərəkət edən ikinəfərlik özəl təyyarə Türkiyənin Rizə əyalətinin Pazar rayonu yaxınlığında dəniz sularına məcburi eniş həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisənin baş verməsinə ilkin səbəb kimi hava gəmisində yaranan texniki problem göstərilir. Təhlükə siqnalı daxil olduqdan dərhal sonra Türkiyənin Sahil Mühafizə Xidmətinin briqadaları əraziyə yönləndirilib. Xilasetmə qrupları təyyarənin göyərtəsində olan iki sərnişini təxliyə etməyi bacarıblar. Həmin şəxslər profilaktik məqsədlərlə Kaçkar Dövlət Xəstəxanasına yerləşdiriliblər.