Digər bölgələrimizdə olduğu kimi, Laçında da maraqlı toy adətləri mövcud olub.
Laçın sakinləri özünəməxsus qədim adətləri barədə Baku TV-yə danışıblar.
Onların sözlərinə görə, keçmişdə Laçında 7 gün, 7 gecə toy çalınarmış.
"Gəlin gətirəndə atları bəzəyərdilər. Bəyin qarşısında dostları bəzənmiş atlarla gedərdilər. Sonradan gəlini yük maşını ilə gətirməyə başladılar", - sakin söyləyib.
"Şirinçay paylananda oğlan evi hər stəkana görə pul verərdi", - başqa bir sakin deyib.
Ətraflı süjetdə:
Laçının özünəməxsus toy adətləri