Sosial mediada əmlak şirkətinə çəkdiyi videolarla məşhurlaşan Zahir Nurəliyev çəkilişlərə son qoyduğunu bildirib.
Oxu.Az xəbər verir ki, Nurəliyev buna səbəb kimi insanların ona lağ etməsini göstərib:
“Çəkilişlərə son qoyuram. Əziz dostlar, dərin təşəkkür edirəm ki, mənə bəziləriniz dəstək oldu. Bəziləriniz tənqid etdiniz, hətta hüquqlarımı da tapdaladınız. Hamınıza bir cavabım var: Allah sizdən razı olsun ki, Azərbaycan övladını bir istəkdən, həvəsdən məhrum etdiniz.
Nə çəkirdimsə, ibrətamiz idi. Fikrim pul-para qazanmaq deyildi, əksinə, maliyyə xərcləyib videolar çəkirdim ki, bəzi başıboşlara qaranlıq mövzular çatsın.
Pərviz Hüseyn
www.oxu.az