Bizim məqsədimiz insanlara mal-mülkün Allaha məxsus olduğunu çatdırmaqdır.
Bunu Oxu.Az-a açıqlamasında Bakıda “kreativ” reklam çəkilişində rol alan Zahir Nurəliyev bildirib.
Onun sözlərinə görə, insanlar tərəfindən tənqid olunsa da bu cür çəkilişləri davam etdirəcək:
“Mən daşınmaz əmlak işi ilə məşğul oluram. Bir dostum vayn çəkir. Bütün bu çəklişlər onun fikridir.
Bir gün məni dəvət etdi ki, vaynda çəkilim. Bir dəfə çəkildim və xoşuma gəldi. Ondan sonra qərar verdim ki, nə qədər tənqid edilsəm də, bu cür çəkilişləri davam etdirəcəm”.
İlhamə Əbülfət
www.oxu.az