Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının qarşısında Stalin, Lenin və digər kommunist liderlərin şəklinin asılması, bura sovet dövrünün məşhur maşınlarının gətirilməsi ərazidən keçən adamları təəccübləndirib.
İnsanlar əvvəl məsələnin nə olduğunu anlamasalar da, sonradan məlum olub ki, bu, Akademiyada çəkiləcək filmlə bağlıdır.
Oxu.Az-ın məlumatına görə, Modern.az saytına məlum olub ki, film Akademiyanın tarixi ilə bağlı olacaq. Həmin filmdə AMEA-nın sovet dövründən danışılacaq.