Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbində həyəcanlı anlar yaşanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, istifadə edilməyən sanitar qovşağına baxış zamanı məktəbin balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilib.
Döyüş qumbarası və 1 ədəd qumbara alışdırıcısı təhlükə yaratdığından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Əməliyyat uğurla başa çatıb.