Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Lənkəran rayon prokurorunun işinə xitam verildi
Lənkəran rayon prokurorunun işinə xitam verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev qəbul edib.
Görüşdə baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Taryel Ələkbərova "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı və hədiyyə təqdim edilib.
Görüş zamanı Taryel Ələkbərovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif kateqoriyadan olan cinayətlərin istintaqı və bu sahədə gənc mütəxəssislərin formalaşmasındakı səmərəli fəaliyyəti qeyd edilib.
Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- Aqrar ixracdan əldə olunan daha 70 milyon manatdan çox vəsait Azərbaycana qaytarıldı
- Erməni hərbi cinayətkarların işi Zeynal Ağayevin icraatına verilib
- Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
- Erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib
Rəylər