Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınının yandırılması ilə bağlı cinayət işi açılıb.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, hadisə baş verdikdən dərhal sonra faktı törətməkdə şübhəli bilinən rayon sakini Sabir Əliyev saxlanılaraq Lənkəran şəhər rayon polis şöbəsinə gətirilib:
“Faktla bağlı cinayət Məcəlləsinin 221.1-ci(xuliqanlıq) və 186.2.2-ci (əmlakı məhv etmə və ya zədələmə: yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
S.Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda müvafiq istintaq hərəkətləri davam etdirilir”.
11:36
Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınına benzin töküb yandırıblar.
Oxu.Az xəbər verir ki, “Azərişığ”ın əməkdaşı Rauf Kərimov şəhər sakini S.Əliyevin evində qanunsuz əlavə elektrik xətti aşkar edərək akt tərtib edib. Bundan qəzəblənən vətəndaş R.Kərimova məxsus VAZ-2115 markalı maşının üzərinə benzin tökərək yandırıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-a açıqlamasında faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparıldığını deyib.
View this post on InstagramKönül Cəfərli
"Lənkəran" teqi üzrə xəbərlər
- "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu
- Ocaqdakı çaydanı atasının üzərinə atıbmış - Lənkərandakı hadisənin təfərrüatı
- Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI
- Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verdi - FOTO
- Uzun illərdir davam edən su problemi: "Vəziyyətimiz çox ağırdır" - VİDEO
Digər xəbərlər