Lənkəranda iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın cənub bürosundan verilən məlumata görə, rayonun Lüvəsər kənd sakini, 11 yaşlı Nərmin Sadiq qızı Adıgözəlova və Bəlləbur kənd sakini, 10 yaşlı Xeyrənisə Hüseyn qızı Cəfərzadəni maşın vuraraq onlara ciddi xəsarət yetirib.
Azyaşlılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. X.Cəfərzadə bud sümüyünün çatı və bədən səthinin müxtəlif nahiyələrinin kəsilmiş-əzilmiş yaraları, N.Adıgözəlova isə çanaq sümüklərinin qapalı sınığı diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdirilib.
Hər iki məktəblinin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.