Lənkəranda şəxsi təsərrüfatların birində maraqlı hadisə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində Zeynalovlar ailəsinin təsərrüfatında qeydə alınıb.
Yeni yumurtadan çıxan ördək balalarından biri 4 ayaqlıdır. Ev sahibi belə bir hala ilk dəfə rast gəldiyini söyləyib.
Hazırda ördək balası digər balalar kimi normal qidalanır.