Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Lənkəranda baş verən qəzada xəsarət alanların son durumu AÇIQLANDI
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
"Bu gün saat 02:35-də Lənkəran rayonu Xanbulan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər (kişi cinsli), bir nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib.
Hərəkətdə olan VAZ-21011 markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Astara rayon sakinləri - 2005-ci il təvəllüdlü Zamiq Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.