Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, konfransı Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov və Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jan Jakob Bisep açıblar.
Daha sonra kolonializmlə mübarizəyə həsr edilən məsələlərin müzakirəsinə başlanılıb. Konfrans zamanı "Kolonial güclərin milli-dini kimliyi dəyişdirərək, nəticədə onun silinməsi üçün apardıqları məqsədyönlü siyasət", "Məcburi assimilyasiya və yerli mədəniyyətin silinməsi", "Müstəqillik uğrunda mübarizədə milli kimlik faktoru", "Yerli adət-ənənənin müstəmləkə idarəçiliyi ilə əvəz olunması" və "BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsi" mövzuları ətrafında çıxışlar dinlənilib.
Beynəlxalq konfransda eyni zamanda kolonializmlə mübarizəyə həsr olunmuş sərgi təşkil edilib.
Beynəlxalq konfrans zamanı dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar dinc etirazlarda iştirak etdiklərinə görə, Fransa hakimiyyəti tərəfindən həbs edilmiş Yeni Kaledoniyanın siyasi məhbusları ilə həmrəyliklərini ifadə edərək flaş-mob keçiriblər.
Tədbir çərçivəsində, həmçinin BTQ və Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi (UPLG) partiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Konfrans iştirakçıları, həmçinin Yeni Kaledoniyanın müstəqillik hərəkatının həbsdə olan rəhbəri Kristian Teinin fotosu əks olunan köynəyə imza ataraq həmrəylik nümayiş etdiriblər.
Beynəlxalq konfrans müstəmləkəçiliklə mübarizə haqqında sərbəst müzakirə və sual-cavabla yekunlaşıb.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər.
Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə ediləcək. Kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin yeni kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılacaq.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupunun hazırladığı klip Fransada ajiotaj yaradıb
- BTQ-dən müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım
- Eugene Tetuanu: "Fransa diktaturasına dur deyək!"
- Yeni Kaledoniyada qanunsuz həbslərə diqqət çəkmək məqsədilə fləş-mob təşkil edilib
- Bakıda kolonializmlə mübarizəyə həsr edilən sərgi keçirilir