Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış.
“Report”un cənub bürosunun məlumatına görə, Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.
Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.
Hadisənin səbəbi araşdırılır.
14:37
Lənkəranın Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelindədə baş vermiş yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
14:18
Lənkəranda hoteldə yanğın başlayıb.
APA-nın cənub bürosunun verdiyi məlumatına görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən hoteldə baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Rəylər