Lənkəran rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a bildirilib ki, iyulun 18-də, yerli vaxtla saat 03:54:41-də Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 10 kilometr olub.
A.M.