Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Lənkəranın kəndlərində növbəli şəkildə işıq olmayacaq
Bu gündən başlayaraq iyulun 15-nə qədər Lənkəran rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində növbəli şəkildə məhdudiyyət yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Lənkəran rayon elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik hava xətləri ağac budanması ilə əlaqədar sifarişə əsasən açılacaq. Odur ki, rayonun Şirin Quyu, Ürgə, Səpnəkəran, Şıxakəran, Separadi, Parakənd, Girdəni, Havzova, Ləj kəndlərinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.
Ağac budanması işləri yekunlaşdıqdan sonra kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.
"Lənkəran rayonu" teqi üzrə xəbərlər
- Lənkəranda evə ildırım düşüb: Yanğın olub
- Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi, CƏZALANDIRILDI
- Lənkəranda övladının yanında elektrik xəttinə toxunan kişi faciəli şəkildə öldü
- Sursatın partlaması nəticəsində həlak olan hərbçimizlə vida mərasimi keçirilir
- Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı