Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA
Fevralın 6-sı saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Zəngilan, Kəlbəcər, Füzuli, Laçın, Qrız, Qusar, Quba, Altıağac, Gədəbəy, Şamaxı, Tərtər, Xaltan, Qobustan, Şəki (Kişçay), Şahdağda arabir qar, Mingəçevir, Ağstafa, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Tovuz, Balakən, Oğuz, İsmayıllı, Ceyrançöldə isə yağış yağır.
Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 22 m/s, Şamaxıda 17 m/s, Hacıqabulda 16 m/s, Gəncə, Neftçalada 15 m/s, Şirvanda 14 m/s-yə çatıb.
Şəki (Kişçay), Qax (Sarıbaş), Daşkəsən, Göygöl, Qrız, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Fevralın 6-sı saat 14:30-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Naxçıvan, Şərur, Şahdağ, Gədəbəy, Şəki (Kişçay), Naftalan, Altıağac, Qobustan, Quba, Qusar, Xaltan, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Çocuq-Mərcanlı, Şamaxıda qar, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Lənkəran, Astara, Neftçala, Biləsuvar, Qazax, Tovuz, Ağstafa, Xaçmaz, Yevlax, Ağsu, Oğuz, İsmayıllı, Balakəndə yağış yağır.
Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şamaxı, Gəncədə 18 m/s, Şahbuzda 17 m/s, Culfada 16 m/s-yə çatıb.
Sumqayıt, Qusar, Qrız, Daşkəsən, Göygöl, Şamaxı, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Balakən, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Fevralın 6-sı saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı keçib. Lənkəran-Astara zonasında intensiv olub.
Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.
Şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib.
Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-də 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.
"Faktiki hava" teqi üzrə xəbərlər
- Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA - 11.03.2025
- Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək? - 10.03.2025
- Ölkə ərazisində hava yağmursuz keçib - FAKTİKİ HAVA - 07.03.2025
- Qarlı hava şəraiti nə vaxtadək davam edəcək? - 27.02.2025
- Bəzi ərazilərə qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA - 26.02.2025