Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Bakıda yol nişanına görə problemlərin yarandığı KƏSİŞMƏ](https://images.oxu.az/2025/02/06/XTxBwRBwshXTtQBo00dRJteooSBswNTE0NxymoIk:1200.jpg)
Bakıda yol nişanına görə problemlərin yarandığı KƏSİŞMƏ
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi nöqtədə yaranan problem barədə məlumat verilib.
Sözügedən kəsişmədə "Yol ver" nişanının çox geridə qaldığı bildirilib:
"Hərəkətin intensivliyinə və istiqamətlər üzrə zolaqların sayına baxanda Mirzağa Əliyev küçəsi tərəfdən gələnlərin soldan üç zolaqla hansı məqsədlə gözlədiyi müəmmalıdır. Məntiqlə düşünəndə ən sol zolaqdakılar düzünə hərəkət edir. Bunu da tənzimləmək üçün əvvəldə zolaqlar üzrə hərəkəti göstərən məlumatverici nişan olmalıdır".
Vurğulanıb ki, Azərbaycan prospektindən gələnlərin sayı ilə digər istiqamətdən gələnlərin sayındakı kəskin fərq, həm də "Yol ver" nişanının tam kəsişmə nöqtəsində olmaması çaşqınlıq yaradır:
"Yaxşı olar ki, mobilliyi təmin etmək üçün "Yol ver" nişanı Mirzağa Əliyev küçəsi ilə gələnlərin yalnız sağ zolağına aid edilsin. Çünki əksər hallarda o zolaqdan gələnlər irəlidə sağa manevr edir".
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/LigTiAUW8j8/sddefault.jpg)
"Baku TV" teqi üzrə xəbərlər
- Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA
- Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birgə məlumat yaydı - Xəbərlərin 20:00 buraxılışı
- Qərbi Azərbaycan Xronikası: Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib
- "Sovetski" sakini: "Uşağın doğulmağına bir ay qalmış həyat yoldaşımı evdən qovdum"
- Çörəyin çəkisi niyə azalıb? - Yayılan xəbərlərlə bağlı MÜHÜM AÇIQLAMA
Rəylər