Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Lerikdə yenidən torpaq sürüşməsi oldu: Kəndlilər təhlükə ilə üzləşib
Lerikdə torpaq sürüşməsi yenidən aktivləşib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Ordahal və Veri-Əliabad kəndlərində torpaq sürüşmələri baş verib. Nəticədə Veri-Əliabad kəndində 6, Ordahalda isə 4 ev üçün təhlükə yaranıb. Veri-Əliabad kəndi ərazisində əvvəllər də bir neçə dəfə torpaq sürüşmələri baş versə də, Ordahaldakı sürüşmə yeni aktiv ərazi hesab olunur.
Hadisə ilə bağlı rayonun fövqəladə hallar üzrə komissiyaya məlumatlandırılıb.
Sabah Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssailəri əraziyə baxış keçirəcəklər.
Qeyd edək ki, torpaq sürüşmələrinə son zamanlar yağıntı miqdarının normadan çoxluğu səbəb olub.
"Lerik" teqi üzrə xəbərlər
- Azərbaycanda vəzifəli şəxsin meyiti asılı vəziyyətdə tapılıbmış - DETALLAR
- Lerikdə məktəbdə şagirdlərə dərs keçilmədiyi iddia edildi: Polisə müraciət olundu
- Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
- Bu gün 53 mindən artıq şagird buraxılış imtahanı verib - YENİLƏNİB + VİDEO
- Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA