Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Leyla Əliyeva tələbələrə təqaüd ayırdı
Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının ali məktəblərində təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb.
Oxu.Az xəbər verir ki, RAFB-nin idarə heyətindən AzərTAc-a verilən məlumata görə, artıq altı ildir ki, əlaçı azərbaycanlı tələbələr Leyla Əliyeva tərəfindən təsis edilmiş xüsusi “RAGB əlaçısı” təqaüdü alırlar.
Sevindirici haldır ki, belə tələbələrin sayı ilbəil artmaqdadır. Bu təqaüdü Moskvanın və Rusiya Federasiyası regionlarının ali məktəblərində ikinci, üçüncü, dördüncü və beşinci kurslarda oxuyan tələbələr ala bilər.
Bu halda həmin tələbənin təhsil aldığı bütün illər ərzində qiymətləri əla olmalıdır. Bu il RAGB təqaüdü alan tələbələrin sayı 60 nəfərdən çoxdur.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı