Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
 (2):1200.jpg)
Leysan və dolu ciddi fəsadlar törətdi: Avtomobillərin hərəkəti iflic oldu
Azərbaycanda güclü leysan və dolu ciddi fəsadlar törədib.
Oxu.Az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Şamaxı dolaylarında vəziyyət gərginləşib.
Nəticədə avtomobil sürücüləri hərəkət etməkdə ciddi problemlərlə üzləşiblər. Bəzi nəqliyyat vasitələri yolda hərəkətsiz vəziyyətdə qalıb.
Güclü yağış Gəncədə də fəsadlar törədib. Belə ki, şəhərin mərkəzi hissəsini su basıb. İnsanlar ayaqqabılarını çıxararaq hərəkət etmək məcburiyyətində qalıblar. Eyni zamanda, "Gəncə Mall" ticarət mərkəzinin də parklanma yerini su basıb.
"Gəncə şəhəri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar